09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
On səkkiz yaşlı gənc 34 yaşlı kişini öldürdü

On səkkiz yaşlı gənc 34 yaşlı kişini öldürdü

Qəbələdə 18 yaşlı gənc 34 yaşlı kişini qətlə yetirib.

GununNebzi.az
xəbər verir ki, oktyabrın 9-u saat 21 radələrində Qəbələ rayonu, Tikanlı kənd sakini 1987-ci il təvəllüdlü Sənur Ağahüseynovun üzərində çoxsaylı bıçaq xəsarətləri olan meyitinin Tikanlı kəndinə yaxın ərazidə aşkar edilməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin zərərçəkmişin tanışı, Qəbələ rayonu Uludaş kənd sakini 2003-cü il il təvəllüdlü Kənan Mustafayev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə ilə əlaqədar törədilməsi müəyyən edilib.

Kənan Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

"Qafqazinfo"

Tarix: 12-10-2021, 11:44 Oxunub: 135


Bölməyə aid digər xəbərlər