16:32 / 17-11-2024
Sabahın havası açıqlandı
Külli miqdarda pul mənimsəyən vəzifəli şəxsə cinayət işi açıldı

Külli miqdarda pul mənimsəyən vəzifəli şəxsə cinayət işi açıldı

Siyəzən rayonunda yerləşən “Caspian Coast Winery and Vineyards” MMC-nin vəzifəli şəxsinin qanunsuz hərəkətləri barədə rayon prokurorluğuna müraciət daxil olub.

Rayon Prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla qeyd edilən şirkətin bölgələr üzrə satış nümayəndəsi vəzifəsində işləyən Vüqar Səmədzadənin işlədiyi müddət ərzində müəssisənin büdcəsindən ümumilikdə 14 min 89 manat məbləğində pul vəsaitini müxtəlif qanunsuz üsullarla mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 179.2.4-cü (mənimsəmə- şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Cəbrayılın işğaldan azad edilməsindən 1 il ötür
Azərbaycanda yeni tələbə yataqxanaları istifadəyə verilib
Azərbaycanda tanınmış QHT rəhbəri koronavirusdan öldü
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Tarix: 13-10-2021, 12:33 Oxunub: 190


Bölməyə aid digər xəbərlər