23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11 yaşlı ananın dünyaya gətirdiyi körpə öldü

11 yaşlı ananın dünyaya gətirdiyi körpə öldü

Qeysəriyyə əməliyyatı ilə dünyaya gələn 11 yaşlı ananın uşağı bu gün dünyasını dəyişib.

GununNebzi.az
xəbər verir ki, Bu barədə “Qafqazinfo”ya Respublika Klinik Xəstəxanasının neonotologiya şöbəsindən bildirilib.

Qeyd edək ki, İmişli Rayon Mərkəzi xəstəxanasından rayon sakini 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) hamiləlik vəziyyətinin aşkar edilməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Baş Prokurorluğun bu gün yaydığı məlumata əsasən, azyaşlını zorlama faktı üzrə atalığı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

11 yaşlı qızın övladı bir neçə gün öncə Respublika Klinik Xəstəxanasının Patologiyası şöbəsində qeysəriyyə əməliyyatı ilə dünyaya gəlmişdi. Körpə 30-31 həftəlik doğulmuşdu, vəziyyəti ağır qiymətləndirilirdi.

Tarix: 2-11-2021, 14:47 Oxunub: 269


Bölməyə aid digər xəbərlər