13:04 / 15-11-2024
Yaponiya şahzadəsi öldü
21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
Ağcabədidə 300 min manatlıq dələduzluq edildi

Ağcabədidə 300 min manatlıq dələduzluq edildi

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə etməklə külli-miqdarda pulu mənimsəməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa cəlb olunub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən rayonun Avşar kənd sakini Elyaz Qədimov saxlanılıb. Araşdırmalarla E.Qədimovun sakinlərə məxsus daşınmaz əmlakları, avtomobilləri, qızıl-zinət əşyalarını, əmək haqqı kartlarını dələduzluq yolu ələ keçirərək 300 000 manata yaxın pulu mənimsədiyi müəyyən edilib.

E.Qədimovun analoji cinayətlər törətdiyi də istisna edilmir. Əgər onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və Ağcabədi Rayon Polis Şöbəsinə məlumat verə bilərlər.

Tarix: 11-11-2021, 15:35 Oxunub: 167


Bölməyə aid digər xəbərlər