Azərbaycanlı “qanuni oğru” Türkiyədə saxlanıldı

Azərbaycanlı “qanuni oğru” Türkiyədə saxlanıldı

Azərbaycanlı “qanuni oğru”, kriminal aləmdə “İlqam Bolniski” kimi tanınan İlqam Hacıyev saxlanılıb.

Bu barədə GununNebzi.az “Qafqazinfo”-ya istinadən verdiyi məlumata görə, o, Türkiyədə həbs olunub.

Kriminal avtoritetin hansı səbəbdən saxlanılması ilə bağlı hələlik məlumat yoxdur.

Qeyd edək ki, “İlqam Bolniski” ötən həftə keçirilən “sxodka”da “qanuni oğru” adına layiq görülüb. Gürcüstanın Bolnisi rayonunda anadan olan 40 yaşlı İlqam Hacıyev, mərhum “qanuni oğru” “Lotu Quli”nin yaxın dostu olub.

Emin Səfərov
Azərbaycanlı “qanuni oğru” Türkiyədə saxlanıldı

Tarix: 16-11-2021, 08:34 Oxunub: 169


Bölməyə aid digər xəbərlər