23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Rasim Quliyevə 6 il həbs istənildi

Rasim Quliyevə 6 il həbs istənildi

Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş aparat rəhbəri Rasim Quliyevə cəza istənilib.

GununNebzi.az
xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

O, R.Quliyevin 6 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.


Vəkillər müdafiə çıxışı üçün vaxt istəyib. Proses dekabrın 16-a təxirə salınıb.

Qeyd edək ki, Rasim Quliyev 2010-2018-ci illərdə BŞİH-də Aparat rəhbəri olub. R.Quliyev keçmiş icra başçısı Hacıbala Abutalıbovun yaxın kadrlarından biri hesab edilirdi."Qafqazinfo"

Tarix: 9-12-2021, 14:20 Oxunub: 155


Bölməyə aid digər xəbərlər