23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Rusiyadan Bakıya gələn iki nəfər təyyarədə öldü

Rusiyadan Bakıya gələn iki nəfər təyyarədə öldü

Rusiyadan Azərbaycana gələn iki həmyerlimiz təyyarədə vəfat edib.

GununNebzi.az
“Qafqazinfo”-ya istinadən əldə etdiyi məlumata görə, hadisələr eyni gündə baş versə də, fərqli reyslərdə qeydə alınıb.


Belə ki, dekabrın 23-ü axşam saat 10 radələrində Kazandan Bakıya gələn Rusiya vətəndaşı, 1963-cü il təvəllüdlü Faxrət Şıxıyev təyyarədə qəfildən ölüb.

İkinci hadisə isə həmin gün günorta saatlarında Moskva-Bakı reysində baş verib. Rusiya vətəndaşı, 1958-ci il təvəllüdlü Maqomed Kazımov da təyyarədə vəfat edib.

Hər iki şəxsin onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilir. Faktla bağlı Xəzər rayon prokurorluğunda araşdırma aparılır.

Tarix: 25-12-2021, 12:11 Oxunub: 116


Bölməyə aid digər xəbərlər