09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Uşaqlarını görməyə gələn kişini döyüb öldürən şəxs həbs edildi

Uşaqlarını görməyə gələn kişini döyüb öldürən şəxs həbs edildi

Bakıda boşandığı qadının evinə gedərək uşaqlarını görmək istəyən kişinin döyülərək öldürülməsi barədə rəsmi açıqlama verilib.

Prokurorluqdan verilən məlumata görə, yanvarın 19-u saat 22 radələrində Sabunçu rayonu ərazisində 1979-cu il təvəllüdlü Ramil Atakişiyev almış olduğu xəsarətlər nəticəsində yanvarın 24-ü xəstəxanada ölüb.


Müəyyən edilib ki, 1993-cü il təvəllüdlü Əbülfərz Məhərrəmovun şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Ramil Atakişiyevi döyərək xəsarətlər yetirib və o, almış olduğu xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Əbülfərz Məhərrəmov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Tarix: 25-01-2022, 12:27 Oxunub: 125


Bölməyə aid digər xəbərlər