İşçilərin hüquqlarını pozan iki şirkətlə bağlı cinayət işi başlandı

İşçilərin hüquqlarını pozan iki şirkətlə bağlı cinayət işi başlandı

Əmək hüquqlarının pozulmasına yol verən iki şirkətlə bağlı cinayət işi başlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, vətəndaş ərizələri və Dövlət Əmək Müfəttişliyi Xidmətindən daxil olmuş məlumatlar üzrə aparılan araşdırma nəticəsində Yasamal və Quba rayonlarında müvafiq olaraq fəaliyyət göstərən “SRS Group” və «D.Fruits Kəndli Təsərrüfatı» MMC-nin vəzifəli şəxsləri tərəfindən qida məhsullarının hazırlanması və meyvə yığımı sahələrində çox sayda şəxslərin əmək hüquqlarının ciddi şəkildə pozulması halları müəyyən olunub.

Fakta görə Cinayət Məcəlləsinin 162-1.1 (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 10 nəfərdən artıq şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işləri başlanılıb.

Aşkar edilmiş inzibati xətalara görə icraatlar aidiyyəti rayon məhkəmələrinə göndərilib.

Tarix: 2-03-2022, 12:48 Oxunub: 99


Bölməyə aid digər xəbərlər