23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Maşın vuran piyada xəstəxanada öldü

Maşın vuran piyada xəstəxanada öldü

Zaqatalada minik avtomobilinin vurduğu piyada xəstəxanada ölüb.

GununNebzi.az
məlumatına görə,​ martın 1-i 1968-ci il təvəllüdlü Bakı şəhər sakini Abbasov Azər Şamil oğlu​ idarə etdiyi "VAZ 21074" markalı minik avtomobili ilə Zaqatala şəhəri istiqamətində hərəkətdə olarkən, yolu kecmək istəyən piyada, 1959-cu il təvəllüdlü İslamov Əliheydər Böyükxan oğlunu​ vurub.

Qəza zamanı ağır dərəcəli bədən xəsarətləri alan Əliheydər İslamov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının reanimasıya şöbəsinə yerləşdirilib.

O, bir gün sonra axşam saatlarında xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.“Qafqazinfo”

Tarix: 3-03-2022, 09:40 Oxunub: 58


Bölməyə aid digər xəbərlər
13-11-2021, 00:14 Yeniyetməni maşın vurdu