02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Zaqatalada doğuşdan sonra ölən anaya görə cinayət işi başlanıldı

Zaqatalada doğuşdan sonra ölən anaya görə cinayət işi başlanıldı

Zaqatalada doğuşdan sonra ananın xəstəxanada ölməsi ilə bağlı xəbər vermişdik.

Rayon prokurorluğundan bildirilib ki, rayonun Çökək kənd sakini 1995-ci il təvəllüdlü Rəna Ramazanovanın martın 21-də Zaqatala rayon mərkəzi xəstəxanasının Reanimasiya şöbəsində ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, R.Ramazanova uşaq dünyaya gətirmək üçün martın 18-də xəstəxanaya yerləşdirilib. Martın 19-da qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirən qadının bədənində dözülməz ağrılar başlayıb. Lakin həkimlər xəstənin yaxınlarına bunun ciddi bir şey olmadığını deyiblər. Xəstənin vəziyyətinin ağırlaşdığını görən həkimlər martın 21-i səhər saatlarında onu reanimasiya şöbəsinə yerləşdiriblər. Bir neçə saat sonra R.Ramazanova orada dünyasını dəyişib.

Tarix: 25-03-2022, 15:03 Oxunub: 92


Bölməyə aid digər xəbərlər