23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Qazaxda 10 yaşlı qızı avtomobil vurub

Qazaxda 10 yaşlı qızı avtomobil vurubQazax şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

GununNebzi.az "Report"-a istinadən xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.

Hərəkətdə olan avtomobil 10 yaşlı N.Həsənlini vurub.

Müxtəlif bədən xəsarətləri alan piyada Qazax Müalicə Diaqnostika Mərkəzinə aparılıb və ona ilkin tibbi yardım göstərilib.

Daha sonra yaralı Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.

Hadisənin baş vermə səbəbləri araşdırılır.


Tarix: 7-06-2020, 09:04 Oxunub: 101


Bölməyə aid digər xəbərlər