23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Nərimanovda usta 5-ci mərtəbədən yıxılıb öldü

Nərimanovda usta 5-ci mərtəbədən yıxılıb öldü

Mayın 30-da Bakının Nərimanov rayonunda 2001-ci il təvəllüdlü Zülfüqar Qasımzadənin hündürlükdən yıxılaraq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

GununNebzi.az
rayon prokurorluğuna istinadən xəbər verir ki, araşdırmalarla müəyyən olunub ki, “Zirvə-A” MTK tərəfindən inşa olunan hündürmərtəbəli binanın tikintisində fasad ustası işləyən Zülfüqar Qasımzadə həmin binanın 5-ci mərtəbəsində işləyərkən ehtiyatsızlıqdan yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 222.3-cü (tikintidə təhlükəsizlik qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə istintaq hərəkətləri davam etdirilir.

Tarix: 31-05-2022, 11:03 Oxunub: 122


Bölməyə aid digər xəbərlər