23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Fəhlə hündürlükdən yıxılıb öldü

Fəhlə hündürlükdən yıxılıb öldü

Tikintidə işləyən fəhlə hündürlükdən yıxılaraq ölüb.

Suraxanı rayon prokurorluğundan verilən məlumata görə, fevralın 27-də rayon ərazisində Biləsuvar sakini Tərlan Əlizadənin hündürlükdən yıxılaraq xəsarət alması və aldığı xəsarətlərdən ölməsi barədə prokurorluğa məlumat daxil olub.

Araşdırmalarla müəyyən edilib ki, “North East Construction” MMC-nin Qaraçuxur qəsəbəsində inşa etdiyi hündürmərtəbəli binanın tikintisində fəhlə işləyən Tərlan Əlizadə iş vaxtı hündürlükdən yıxılaraq aldığı çoxsaylı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İstintaq hərəkətləri davam etdirilir.

Tarix: 28-02-2022, 11:15 Oxunub: 75


Bölməyə aid digər xəbərlər