09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Bakıda fəhlə faciəli şəkildə öldü

Bakıda fəhlə faciəli şəkildə öldü

Bakıda 65 yaşlı fəhlə işlədiyi zavodda yıxılaraq vəfat edib.

Binəqədi Rayon Prokurorluğundan bildirilib ki, fevralın 4-də Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsində yerləşən “Kartpak” MMC-yə məxsus karton zavodda fəhlə işləyən 1957-ci il təvəllüdlü Məlikməmməd Ağayevin ölməsi barədə prokurorluğa məlumat daxil olub.

Araşdırmalarla müəyyən edilib ki, M.Ağayev zavodda yerdən 2,5 metr hündürlükdəki kartonları pilləkənin üzərinə çıxıb yerə düşürən zaman yıxılaraq başından aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İstintaq davam etdirilir.

Tarix: 5-02-2022, 11:01 Oxunub: 210


Bölməyə aid digər xəbərlər