23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib

Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilibBaş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində daha bir əməliyyat tədbiri həyata keçirilib.

GunnNebzi.az-ın xəbərnə görə, Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş İdarəyə Şamil adlı şəxsin Binəqədi rayonunda yaşadığı evdə qanunsuz olaraq silah gizlətməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs - paytaxt sakini Şamil Həsənov tutulub. Onun Binəqədi rayonunda qeydiyyatda olduğu evə baxış keçirilərkən bir ədəd “Makarov” tipli tapança, bir ədəd daraq və dörd ədəd patron aşkar olunaraq götürülüb.


Şamil Həsənov ifadəsində bildirib ki, silah-sursatı bir müddət əvvəl yaşadığı evin yaxınlığında tapıb və polisə təhvil verməyərək, qanunsuz olaraq üzərində gəzdirib.

Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işinə başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib


Tarix: 27-06-2020, 16:17 Oxunub: 97


Bölməyə aid digər xəbərlər