23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
“Əvəz məndən Türkiyə xüsusi xidmət orqanlarına şikayət edib” - Rasim Məmmədov

“Əvəz məndən Türkiyə xüsusi xidmət orqanlarına şikayət edib” - Rasim Məmmədov

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla həbs edilmiş “Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun məhkəməsi davam edir.

GununNebzi.az
“Qafqazinfo"ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədovanın sədrliyi ilə keçirilən iclasda R.Məmmədov sərbəst ifadə verib.

Məmmədov bildirib ki, “Xural” TV-nin rəhbəri Əvəz Zeynallı onu dəfələrlə hədələyib: “Bu gün də mənim ailəmə qarşı eyni şeyi edir. Əvəz cinayətkardır. Uzun illər məndən rüşvət tələb edib. Əvəz məndən Türkiyə xüsusi xidmət orqanlarına şikayət edib”.

Bu hissədə hakim onun sözünü kəsib və bunların işə aidiyyəti olmadığını bildirib. İfadəsini mahiyyəti üzrə davam etdirməsini istəyib.

Daha sonra dövlət ittihamçısı deyib ki, R.Məmmədovun dedikləri aktlaşdırılıb Əvəz Zeynallıya qarşı başladılmış cinayət işinə əlavə olunmalıdır.

Vəkilləri vəsatət verərək, deyib ki, R.Məmmədovun həbs edilən digər vəkili Elçin Sadıqovla bağlı qərar dəyişə bilər və o yenidən müdafiə prosesinə qoşula bilər. Buna görə də iclasın təxirə salınmasını istəyiblər. Hakim vəsatəti təmin etməyib.

Daha sonra R.Məmmədov sərbəst ifadəsinə başlayıb: “2008-ci ildə “Baku Steel Company”də işləməyə başladım. Əvvəllər şirkətin 25 faizi mənə məxsus idi. Sonradan şirkətin vəziyyəti pisləşdi. Mən hissə-hissə 30 milyon manat qarşılığında zavodu aldım”.

Xatırladaq ki, R.Məmmədov 2021-ci ildə DTX-nin keçirdiyi əməliyyatla həbs olunub. Onun “Baku Steel Company”nin rəhbəri işlədiyi dövrdə 50 milyon manatdan çox pulu taladığı bildirilir. Məhkəmədə elan olunan ittiham aktında isə israf edilən və mənimsənilən pulların ümumi məbləğinin 185 milyon manatdan artıq olduğu göstərilib.

Tarix: 12-09-2022, 14:42 Oxunub: 59


Bölməyə aid digər xəbərlər
28-01-2021, 21:07 Rasim Məmmədov həbs edildi