16:32 / 17-11-2024
Sabahın havası açıqlandı
Əli Əliyevə yeni cinayət işi açıldı - 5 ilədək həbs gözləyir

Əli Əliyevə yeni cinayət işi açıldı - 5 ilədək həbs gözləyir

Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyev barəsində yenidən cinayət işi başlanıb.

GununNebzi.az
qafqazinfo-ya istinadən xəbər verir ki, o bu dəfə Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsilə ittiham olunur.

Qeyd edək ki, partiya sədri bir müddət öncə həbsxanada davaya qarışıb. O, Bakı İstintaq Təcridxanasında kamera yoldaşına xəsarət yetirməkdə ittiham olunur.

Xatırladaq ki, partiya sədridaha əvvəl 3 müxtəlif şəxs tərəfindən xüsusi ittiham qaydasında şikayət olunub. Məhkəmə onun ümumilikdə 1 il müddətə azadlıqdan məhrum edilməsinə qərar verib. Ə.Əliyevin həbs müddəti yanvarda başa çatır.

Qeyd edilən maddə üzrə təqsirləndirilən şəxs bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Tarix: 19-09-2022, 17:39 Oxunub: 27


Bölməyə aid digər xəbərlər
13-01-2022, 16:58 Əli Əliyev həbs edildi