23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Bakıda 33 yaşlı şəxs əmisini qətlə yetirdi

Bakıda 33 yaşlı şəxs əmisini qətlə yetirdi

Gecə saatlarında Bakıda qətl törədilib.

GununNebzi.az
Xəzər Rayon Prokurorluğuna istinadən xəbər verir ki, sentyabrın 29-u saat 03 radələrində Xəzər rayonu, Buzovna qəsəbə sakini 1972-ci il təvəllüdlü Valeh Qədəşovun üzərində xəsarət izi olan meyitinin yaşadığı evdən 30-40 metr uzaq məsafədə küçədə aşkar edilməsi barədə məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı oğlu 1989-cu il təvəllüdlü Şahin Qədəşovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Valeh Qədəşovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Şahin Qədəşov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İstintaq tədbirləri davam edir.

Tarix: 29-09-2022, 11:12 Oxunub: 31


Bölməyə aid digər xəbərlər