23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Lənkəranda administirator ofisiant işləyən tələbəni öldürdü - Yenilənib

Lənkəranda administirator ofisiant işləyən tələbəni öldürdü - Yenilənib

Lənkəranda tələbələr arasında kütləvi dava olub.

GununNebzi.az
APA-ya istinadən xəbər verir ki, tələbələr arasında baş verən kütləvi dava ölümlə nəticələnib.

İlkin məlumata görə Cəlilabad rayon sakini, 2003-cü il təvəllüdlü Tosif Şohlət oğlu Nəsirov aldığı bıçaq xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib. Buna baxmayaraq xəsarət alan şəxs xəstəxanada dünyasını dəyişib. Faktla bağlı Lənkəran rayon prokurorluğunda araşdırma aparılır. Əlavə məlumat veriləcək.

Həkim Rəşad Fərzullayev APA-ya bildirib ki, xəstə kəsilmiş-deşilmiş bıçaq yarası ilə xəstəxanaya daxil olub. O, əməliyyat zamanı dünyasını dəyişib.

***

DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, ötən gün gecə saatlarında Lənkəran rayonu ərazisində Cəlilabad rayon sakini , 2003-cü il təvəllüdlü Tosif Nəsirovun ölümü ilə rayon polis şöbəsinə məlumat daxil olub.

Araşdırmalarla Lənkəran şəhər sakini, 1992-ci il Seymur Bayramlının şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Tosid Nəsirova bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən S.Bayramlı saxlanılaraq istintaqa verilib.

Araşdırmalar davam etdirirlir.

***

GununNebzi.az
xəbər verir ki "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hər iki şəxs Lənkəran ərazisində yerləşən kafelərdən birində işləyiblər. Təqsirləndirilən şəxs restoranın administiratoru, öldürülən şəxs isə orada ofisiant işləyib. T.Nəsirov Lənkəran Dövlət Universitetində təhsil alırmış.

Tarix: 18-11-2022, 10:28 Oxunub: 40


Bölməyə aid digər xəbərlər