09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Gəncədə qadın 10-cu mərtəbədən yıxılaraq öldü - Yenilənib

Gəncədə qadın 10-cu mərtəbədən yıxılaraq öldü - Yenilənib

Gəncədə qadın 10-cu mərtəbədən yıxılaraq ölüb.

GununNebzi.az
xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində yerləşən 12 mərtəbəli yaşayış binasında qeydə alınıb.

Hələlik şəxsiyyəti məlum olmayan 20-30 yaşlarında qadının binanın 10-cu mərtəbəsindən yıxıldığı bildirilir. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

***

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov "Qafqazinfo"ya bildirib ki, Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə şəhər ərazisində bir nəfər xanımın yüksək mərtəbəli binadan yıxılaraq ölməsi barədə məlumat daxil olub: "Dərhal polis əməkdaşları və şəhər prokurorunun nümayəndələri hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Araşdırmalar zamanı 2007-ci il təvəllüdlü Ş Məmmədovanın yüksək mərtəbəli binadan yıxılaraq ölməsi məlum olub. Hazırda hadisənin intihar və ya ehtiyatsızlıqdan baş verməsi araşdırılır".

Tarix: 18-11-2022, 18:20 Oxunub: 31


Bölməyə aid digər xəbərlər
1-10-2022, 10:59 Gəncədə qətl törədildi