23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Səudiyyə Ərəbistanı XİN rəhbəri ilk dəfə Ukraynaya səfər edib

Səudiyyə Ərəbistanı XİN rəhbəri ilk dəfə Ukraynaya səfər edib

Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Əl Səud ilk dəfə Ukraynaya işgüzar səfər edib.

O, Prezident Vladimir Zelenski ilə görüşüb.

Bu barədə Ukrayna dövlət başçısı “Telegram” səhifəsində məlumat verib.

“Mən Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Əl Səud ilə görüşdüm. Bu, diplomatik münasibətlərin qurulmasından sonra Krallığın xarici işlər nazirinin Ukraynaya ilk rəsmi səfəridir. Ümid edirəm ki, o, qarşılıqlı faydalı dialoqumuzun daha da intensivləşdirilməsinə yeni təkan verəcək”, – Zelenski danışıqların yekununda yazıb.

Eyni zamanda, Ukrayna Prezidenti Səudiyyə Ərəbistanına ölkədə sülhü, suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkür edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı rəsmisi ölkəsinin Ukraynaya 400 milyon dollar dəyərində humanitar yardım paketi ayırdığını bəyan edib.

Tarix: 26-02-2023, 23:32 Oxunub: 7


Bölməyə aid digər xəbərlər