01:20 / 28-11-2024
Bu ölkə Netanyahunu həbs etməyəcək
01:11 / 28-11-2024
Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
01:10 / 28-11-2024
Hikmət Məmmədov işdən çıxarıldı
22:50 / 27-11-2024
Dəhşətli qəzada ölən hərbçilərin adları - Açıqlandı
22:49 / 27-11-2024
Qarabağdakı bu torpaqlar icarəyə veriləcək - Prezident təsdiqlədi
22:46 / 27-11-2024
Fəzail Ağamalı, övladları və nəvələri məhkəməyə verildi
22:39 / 27-11-2024
Almaniyada icazəsiz yaşayan 37 nəfər Azərbaycana göndərildi
21:44 / 27-11-2024
“Roşka” yenə eyni əmələ görə həbs olundu
21:43 / 27-11-2024
Tovuzda hərbçilər ağır qəzaya düşdü - 6 nəfər ölüb+Yenilənib
14:53 / 27-11-2024
Milli Məclisin saxlanılmasına ayrılan vəsait açıqlandı
14:16 / 27-11-2024
Zümrüd Yağmur axtarışa verildi
14:14 / 27-11-2024
“Kim camaatın pulu yoxdur deyirsə, yalandır”
14:10 / 27-11-2024
“Özüm də belə edirəm, vətəndaşla birgə kompüterdə açıb baxırıq”
14:08 / 27-11-2024
Jurnalistlərlə bağlı layihə I oxunuşdan keçdi
07:20 / 27-11-2024
"20 Yanvar"da ticarət obyektləri bağlandı - Video
07:08 / 27-11-2024
Serdar Ortaçla bağlı qərar verildi
07:06 / 27-11-2024
ABŞ Türkiyəyə “F-35” qırıcılarının təhvil verilməsi ilə razılaşdı
07:05 / 27-11-2024
G7-dən Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlər gözlənilir
07:02 / 27-11-2024
İsrail Livanla müharibəni dayandırır
06:58 / 27-11-2024
Bayden həmin atəşkəsin vaxtını açıqladı
06:56 / 27-11-2024
Türkiyə onun qatillərini BƏƏ-yə verdi
22:10 / 26-11-2024
Dərman qaçaqmalçılığının qarşısı alındı
22:01 / 26-11-2024
PA-nın dekabr ayına olan vətəndaş qəbulu açıqlandı
21:51 / 26-11-2024
Bu ölkələrlə viza rejimi qismən ləğv olunur
21:50 / 26-11-2024
Gürcüstandan Rusiyaya gedən yol bağlandı
21:30 / 26-11-2024
Naxçıvanda sahibkarların bəzi vergilərdən azad olunması təklif edildi
21:27 / 26-11-2024
Rusiya britaniyalı diplomatı ölkədən çıxarır
17:39 / 26-11-2024
Qeyri-etik paylaşımlar edən daha bir tiktoker həbs edildi
17:31 / 26-11-2024
“Heç kim araşdırmamış heç nə deməsin” - Nazirdən deputata
17:30 / 26-11-2024
Gələn ilin dövlət büdcəsinin gəlirləri və xərcləri açıqlandı
15:46 / 26-11-2024
“Həzi Aslanov” stansiyasında təmir başlayır
15:43 / 26-11-2024
İldırımzadənin işində adı hallanan qadın intihar edibmiş
“Kərimə” dövləti qurmaq istəyənlərin planı ifşa oldu - Video
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq əməkdaşları tərəfindən bir qrup şəxsin İran xüsusi xidmət orqanları tərəfindən maddi maraq müqabilində və dini təbliğat yolu ilə ələ alınaraq ölkə ərazisində sabitliyin pozulması istiqamətində törədəcəkləri cinayət əməllərinin qarşısının alınması məqsədilə birgə xüsusi kompleks əməliyyat tədbirləri həyata keçirilib.
GununNebzi.az xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq birgə məlumat yayıb. Müəyyən edilib ki, İranda yaşayan həmin ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rufulla Axundzadə və Bəxtiyar Bayramov Tərtər rayon sakini Arif Cümşüdovu şirnikləndirci vədlər müqabilində ələ alaraq ona ölkə ərazisində silahlı iğtişaşlar törətməklə hakimiyyətin ələ keçirilməsi və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsi yolu ilə şəriət qanunları ilə idarə olunan “Kərimə” dövlətinin qurulması məqsədilə “müqavimətçi dəstə” yaratması barədə tapşırıqlar veriblər.
Arif Cümşüdov verilmiş tapşırıqlar əsasında ətrafında olan dini radikalizmi təbliğ edən tanışları - Tərzan Qaraşov, Sənan Məmmədov, Xəqani Məmmədov və İqbal Axundovu bu işə cəlb edib. O, yaşadığı evdə mütəmadi olaraq təşkil etdiyi gizli yığıncaqlarda Rufulla Axundzadə və Bəxtiyar Bayramovun göstərişlərini həmin şəxslərə çatdırıb. Dəstə üzvləri əlavə şəxslərin də cəlb edilmələri istiqamətində fəaliyyətlər göstərərək bu barədə Rufulla Axundzadəyə məlumat veriblər.
Bundan başqa Rufulla Axundzadə Bakı şəhər sakini Anar İsayevi də əməkdaşlığa cəlb edərək ona da ölkə ərazisində iğtişaşların törədilməsi yolu ilə “Kərimə” dövlətinin qurulması üçün “müqavimətçi dəstə” təşkil etməyi tapşırıb. Rufulla Axundzadə yüksək maddi gəlir, silah və digər bütün lazımı dəstəyin veriləcəyini vəd edərək təşkilatlanmaları və birgə fəaliyyət göstərmələri məqsədilə Anar İsayevi Arif Cümşüdovla tanış edib.
Saxlanılan şəxslər özlərini cəmiyyətdə “dindar” kimi qələmə verərək sosial şəbəkələr üzərindən, eləcə də insanların toplaşdığı mərasimlərdə İran və dini radikalizm lehinə təbliğat apararaq Azərbaycanda formalaşmış tolerantlıq ənənələrinə xələl gətirmək üçün xaricdən aldıqları tapşırıqları yerinə yetiriblər.
Dəstə üzvləri eyni zamanda İrandan məqsədli şəkildə göndərilən narkotik vasitələrin satışını təşkil edərək əldə etdikləri külli miqdarda pul vəsaitini məhz Azərbaycanda dini radikalizmin təbliğinə və digər pozuculuq fəaliyyətlərinin maliyyələşməsinə sərf ediblər.
Bu istiqamətdə əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
Bölməyə aid digər xəbərlər

Tarix: 6-04-2023, 09:29 Oxunub: 35
Bölməyə aid digər xəbərlər
31-05-2022, 10:03
“WhatsApp” yazışmalarının ələ keçirilməsi xidmətini təklif edən şəxs ifşa olundu - DTX-dən əməliyyat
14-11-2022, 11:03
DTX İrana işləyən casus şəbəkəsini ifşa etdi - Video
1-11-2022, 21:46
DTX İran xüsusi xidmət orqanının nəzarəti altında yaradılmış qanunsuz silahlı birləşməni ifşa etdi - Video
25-08-2020, 22:10
Baş Prokurorluq və DTX birgə məlumat yaydı
22-02-2022, 16:32
Özünü prokurorluq işçisi kimi təqdim edən şəxsin əməlləri ifşa edildi