23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Türkiyədən idxal olunan portağalda zərərli orqanizm aşkarlandı

Türkiyədən idxal olunan portağalda zərərli orqanizm aşkarlandı

İdxalatçı şirkət “Amotrade” MMC-nin müraciəti əsasında Agentlik əməkdaşları tərəfindən götürülmüş nümunələrin müayinələri nəticəsində Türkiyə Respublikasından idxal olunan 15 150 kq portağal məhsulunda karantin tətbiq olunan zərərli orqanizm - “Sitrus tristeza virusu” aşkarlanıb.

GununNebzi.az
xəbər verir ki,Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, faktla bağlı qanunvericiliyə uyğun olaraq, zərərli orqanizmlə sirayətlənmiş məhsul partiyası barədə qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilməsi və təhlükəli malların gömrük ərazisinin hüdudlarından kənarlaşdırılması və ya məhv edilməsi barədə qərar qəbul edilib. Verilmiş qərara əsasən, “Təhlükəli Tullantılar” MMC-yə məxsus poliqonda məhvetmə tədbiri həyata keçirilib.

Tarix: 15-05-2023, 18:36 Oxunub: 8


Bölməyə aid digər xəbərlər