10:04 / 28-11-2024
Qaxa 18 sm qar yağdı - Video
Penitensiar xidmət polislə birgə əməliyyat keçirdi

Penitensiar xidmət polislə birgə əməliyyat keçirdi

Ədliyyə Nazirliyi Penitensiar xidmətin Bakı İstintaq təcridxanası, DİN-in Baş Cinayət Axtarış İdarəsi və Nərimanov RPİ birgə əməliyyat keçiriblər.

Penitensiar xidmətdən verilən məlumata görə, əməliyyat nəticəsində Cinayət Məcəlləsinin 234.4.1; 234.4.3 və 66.5-ci maddələri ilə təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilmiş, hazırda Bakı İstintaq təcridxanasında saxlanılan məhkum Ceyhun Cəfərzadə tərəfindən Nərimanov rayonu Ziya Bünyadov 100 ünvanında yolun kənarında gizlədilmiş ümumi çəkisi 300 qram olan metamfetamin və heroin aşkar edilib.

Araşdırmalar davam etdirilir.

Tarix: 11-07-2023, 17:55 Oxunub: 8


Bölməyə aid digər xəbərlər