09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Atanın qətlinə görə oğlu axtarılırdı, qızı saxlanıldı

Atanın qətlinə görə oğlu axtarılırdı, qızı saxlanıldı

Avqustun 1-də Astara rayonunun Çürkəş kənd sakini 1952-ci il təvəllüdlü Qubad Əliyevin yaşadığı evdə kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

Astara rayon prokurorluğundan verilən məlumata görə, əməliyyat nəticəsində cinayətin zərərçəkmişin qızı 1987-ci il təvəllüdlü Rühəngiz Əliyeva tərəfindən şəxsi münasibətlər zəminində törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Rühəngiz Əliyeva rayon prokurorluğunun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Qeyd edək ki, ötən gün yayılan məlumatda Qubad Əliyevin oğlu tərəfindən öldürüldüyü bildirilib.
Keçirilən ilkin əməliyyat tədbirləri ilə onun oğlu- 46 yaşlı Rəşad Əliyev şübhəli şəxs qismində saxlanılmışdı.

Tarix: 2-08-2023, 18:40 Oxunub: 17


Bölməyə aid digər xəbərlər