Sumqayıt şəhəri ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən və müştərilərə yerində xidmət göstərən kafe aşkar olunub.
GununNebzi.az-ın məlumatına görə, Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı 9-cu mikrorayonda yerləşən "Röyal" kafesində müştərilərə yerində xidmət göstərildiyi məlum olub. Obyektə baxış zamanı oranın icarədarı 1986-cı il təvəllüdlü Zeynalov Emin Nazim oğlu və daha 28 nəfər müştəri xüsusi karantin qaydalarını pozduqları üçün saxlanılaraq Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsinə gətirilib.
Xüsusi karantin qaydalarını pozan obyektin icarədarı inzibati qaydada həbs edilib. Müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati protokol tərtib edilib.
Onların hər biri isə 200 manat məbləğində cərimələnib.
(APA)
Bölməyə aid digər xəbərlər