10:04 / 28-11-2024
Qaxa 18 sm qar yağdı - Video
Baş Qərargah rəisi türkiyəli nümayəndə heyəti ilə görüşdü

Baş Qərargah rəisi türkiyəli nümayəndə heyəti ilə görüşdü

Sentyabrın 19-da Azərbaycanın müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Milli Müdafiə Nazirliyinin Hüquq Xidmətinin nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən (MN) verilən məlumata görə, Baş Qərargah rəisi Azərbaycan Ordusunda hərbi qanunvericilik və Beynəlxalq humanitar hüququn tətbiqi ilə əlaqədar keçirilən maarifləndirici tədbirlərin əhəmiyyətindən danışıb.

Görüşdə hüquq xidmətinin təşkili, hərbi hüquqşünasların xidməti fəaliyyəti və digər sahələrdə ətraflı fikir mübadiləsi aparılıb.

Tarix: 19-09-2023, 11:29 Oxunub: 9


Bölməyə aid digər xəbərlər