Bakı-Sumqayıt yolunda qəza törədib qaçmışdı, tutuldu - Video

Bakı-Sumqayıt yolunda qəza törədib qaçmışdı, tutuldu - Video

Bakı-Sumqayıt yolunda qəza törədib qaçan daha bir sürücü aşkar edilərək saxlanılıb.

GununNebzi.az
DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı-Sumqayıt yolunda “Opel” markalı 99-GC-845 nömrə nişanlı avtomobili vuraraq hadisə yerindən yayınan sürücünün aşkar edilərək məsuliyyətə cəlb edilməsi barədə 44 günlük Vətən müharibəsi iştirakçısı Vəfadar İsmayılov tərəfindən 050-8000-902 whatsapp nömrəsinə daxil olmuş müraciət əsasında Baş DYP İdarəsinin Avtonəqliyyat vasitələrinin axtarışı şöbəsində araşdırma başlanılıb.

Araşdırma zamanı qeyd olunan nəqliyyat vasitəsinin “Ravon” markalı 99-DX-976 nömrə nişanlı avtomobil olduğu və hadisəni törədənin 1995-ci il təvəllüdlü Abbaszadə Röyal Qalib oğlu olduğu aşkar edilib.

Həyata keçirilən tədbirlər nəticəsində Röyal Abbaszadə müəyyən edilərək barəsində qanunamüvafiq tədbirlər görülüb.

Tarix: 24-11-2023, 15:10 Oxunub: 13


Bölməyə aid digər xəbərlər