23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Tofiq Yaqublu haqda həbs qərarı verildi

Tofiq Yaqublu haqda həbs qərarı verildi

Müsavat Partiyasının üzvü Tofiq Yaqublu həbs edilib.

GununNebzi.az
xəbər verir ki, bu barədə Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədova qərar qəbul edib.

Məhkəmə şəxsin istintaqdan yayınma, tərəflərə təsiretmə ehtimallarını nəzərə alaraq, istintaq orqanının təqdimatını təmin edib.

Qərara əsasən, T.Yaqublu barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, T. Yaqublu ötən gün saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) maddələri ilə ittiham irəli sürülüb. (qafqazinfo)

Tarix: 15-12-2023, 18:20 Oxunub: 4


Bölməyə aid digər xəbərlər
23-12-2022, 19:21 Tofiq Yaqublu həbs olundu