15:37 / 26-11-2024
Bu hakimlər ezam edildi - Foto
Bəsrət Abbaslı məhkəmə zalında həbs edildi

Bəsrət Abbaslı məhkəmə zalında həbs edildi

Hesablama Palatasının Dövlət investisiyalarının auditi şöbəsinin sabiq müdiri Bəhram Abbasovun oğlu, “Konstra” MTK-nin təsisçisi və sədri Bəsrət Abbaslı və onunla birgə ittiham MTK-nın direktoru Dilafir Rəsulov və əməkdaşı Tahir Əliyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

GununNebzi.az-
ın“Qafqazinfo”ya istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, D.Rəsulov 13 il 6 ay, T.Əliyev 13 il, B.Abbaslı 1 il 6 ay müddətə azadlıqdan məhrum edilib. İstintaq dövründə zamində olan B.Abbaslı məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, D.Rəsulov və T.Əliyev Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda zərər vurmaqla) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), B.Abbaslı isə yalnız 303.2-ci maddə ilə ittiham edilirdi. Onlar zərərçəkmiş şəxslərdən pul alsa da ev verməyib, pulu öz maraqları üçün xərcləyiblər.

Qeyd edək ki, “Konstra MMC” şirkəti ilə əlaqədar uzun müddətdir narazılıqlar var. Məsələ ilə bağlı açıqlama verən Bəsrət Abbaslı bildirmişdi ki, atası Bəhram Abbasovun qanuni olaraq şirkətə aidiyyəti yoxdur. Onun sözlərinə görə, sadəcə cavan olduğu üçün əksər görüşlərə atasını da aparıb.

Tarix: 18-12-2023, 13:01 Oxunub: 5


Bölməyə aid digər xəbərlər