15:37 / 26-11-2024
Bu hakimlər ezam edildi - Foto
Uşaq pornoqrafiyası yayan şəxs cəzalandırıldı

Uşaq pornoqrafiyası yayan şəxs cəzalandırıldı
Azərbaycanda uşaq pornoqrafiyasını yayan şəxs məsuliyyətə cəlb edilib.

GununNebzi.az-
ın qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı şəhər Qaradağ rayon sakini, 1997-ci il təvəllüdlü Elvin Quliyevin teleqram səhifəsində yetkinlik yaşına çatmayan qızın intim görüntülərini yayması müəyyən edilib. Belə ki, qızın anası polisə şikayət edərək övladının Elvin tərəfindən hədələndiyini, görüntülərinin yayıldığını bildirib.

O qeyd edib ki, Elvini taparaq görüntüləri silməsini xahiş etsə də, gənc oğlan ananı da söyərək təhqir edib və hədə-qorxu yolu ilə ondan 700 manat pul tələb edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 151, 171-1 və 182-ci (Seksual xarakterli hərəkətlərə məcbur etmə, uşaq pornoqrafiyasının dövriyyəsi və hədə-qorxu ilə tələb etmə) maddələri ilə iş başlanılıb. Məlum olub ki, E. Quliyev daha əvvəl də başqa şəsxlərə qarşı oxşar əməllər törədib.

Qaradağ Rayon Məhkəməsinin 14 dekabr tarixli hökmü ilə Elvin Quliyevə 9 il 3 ay həbs cəzası verilib.


Tarix: 23-12-2023, 16:03 Oxunub: 3


Bölməyə aid digər xəbərlər
4-10-2023, 18:19 Fuad Muradov həbs