Şirvanda bir ailənin üç üzvünün zəhərlənməsi ilə bağlı araşdırmalara başlanılıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Qeyd edilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.
***
Şirvanda bir ailənin üç üzvü zəhərlənib.
M.Əsədov küçəsində yaşayan, 2009-cu il təvəllüdlü Ləman Nəzərova, 2001-ci il təvəllüdlü Orxan Nəzərov və 1980-cı il təvəllüdlü Samirə Nəzərova ötən gün axşam saatlarında yaşadıqları evdə göbələkdən hazırlanmış yeməkdən zəhərləniblər.
Onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət ediblər.
Faktla bağlı araşdırma aparılır.(apa)
Bölməyə aid digər xəbərlər