09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Bakıda daha bir məktəbdə kütləvi zəhərlənmə - YENİLƏNİB

Bakıda daha bir məktəbdə kütləvi zəhərlənmə - YENİLƏNİB

Bakı şəhəri 149 nömrəli məktəbdə şagirdlərin səhhətində yaranan narahatlıqla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət daxil olub.

TƏBİB-dən bildirilib ki, təcili tibbi yardım briqadaları çağrış ünvanına cəlb edilib:


"Təcili tibbi yardım briqadaları tərəfindən 15 məktəbli (8-i qadın cinsi, 7-si kişi cinsi olmaqla) TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təxliyə olunublar. Onlara zəruri tibbi xidmətlər göstərilib. 9 nəfər ambulator müalicə üçün artıq evə buraxılıb. Hazırda 6 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri stabildir".

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyinin (AQTA) Mətbuat xidmətindən bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır:

"Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək".
(unikal)
***

Aprelin 18-də Bakı şəhəri 149 nömrəli tam orta məktəbdə 15 şagird naməlum səbəbdən özlərini narahat hiss edib.

BŞTİ-dən verilən məlumata görə, məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardıma məlumat verilib və şagirdlər müvafiq səhiyyə müəssisəsinə çatdırılıb. Həmçinin məktəb rəhbərliyi digər aidiyyəti dövlət qurumlarına və şagirdlərin valideynlərinə məlumat verib.

Müvafiq müayinələrdən və tibbi prosedurlardan sonra şagirdlərin ümumi vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Xatırladaq ki, bir neçə gün öncə 20 nömrəli məktəbdə də şagirdlər arasında kütləvi zəhərlənmə qeydə alınmışdı.

Tarix: 18-04-2023, 18:02 Oxunub: 15


Bölməyə aid digər xəbərlər