09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
TƏBİB Mehriban Zəki və Dilarə Əliyeva ilə bağlı məlumat yaydı

TƏBİB Mehriban Zəki və Dilarə Əliyeva ilə bağlı məlumat yaydı

Yol qəzası nəticəsində xəsarət alan Mehriban Zəkinin vəziyyəti orta ağırdır.

Bu barədə TƏBİB-dən məlumat verilib.

TƏBİB-in tabeliyindəki Abşeron Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım briqadaları rayon ərazisində baş verən yol qəzası ilə bağlı dərhal əraziyə cəlb edilib.

Mehriban Zəki Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına təxliyə olunub. Ona zəruri tibbi xidmətlər göstərilib, hazırda reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Hadisə nəticəsində xəsarət alan Dilarə Əliyevaya yerində ilkin tibbi yardım göstərilib, hazırda Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına təxliyə edilir.

Tarix: 22-03-2023, 20:04 Oxunub: 31


Bölməyə aid digər xəbərlər