23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
“Stop” qoyulan şəxsə verilən sənədə görə sabiq rəis həbs edildi

“Stop” qoyulan şəxsə verilən sənədə görə sabiq rəis həbs edildi
Yevlax rayon qeydiyyat şöbəsinin sabiq vəzifəli şəxsinin qanunsuz əməlləri ifşa olunub.

GununNebzi.az
Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Yevlax rayon qeydiyyat şöbəsinin sabiq rəisi Elşən Quliyev barəsində cinayət işi açılıb.

Belə ki, E.Quliyevin qanunsuz hərəkətləri ilə açılmış işin istintaqı zamanı onun qeyd edilən vəzifədə işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar ayrı-ayrı şəxslərə ad və soyadı dəyişdirilməklə doğum haqqında yeni şəhadətnamənin verilməsi müqabilində ümumilikdə 4 min manat pul vəsaitini rüşvət qismində alması müəyyən edilib. Habelə həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək barəsində ibtidai istintaq aparılan təqsirləndirilən şəxsin digər dövlət qurumları tərəfindən ölkədən çıxışına qoyulmuş qadağanın götürülməsi müqabilində 8 min manat pul almaqla vəzifəli şəxsin qərarına qanunsuz təsir etməsinə əsaslı şübhələr müəyyənləşib.

İş üzrə toplanmış ilkin sübutlar əsasında Elşən Quliyev şübhəli şəxs qismində tutulub və ona Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma, təkrar törədildikdə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddələri ilə ittiham elan edilməklə, barəsində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.


Tarix: 29-02-2024, 12:42 Oxunub: 1


Bölməyə aid digər xəbərlər