09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Nərimanov rayonunda dini mərasim keçirilməsinin qarşısı alınıb

Nərimanov rayonunda dini mərasim keçirilməsinin qarşısı alınıbAvqustun 30-da paytaxtın Nərimanov rayonu ərazisində bir qrup şəxsin Aşura mərasiminin keçirilməsi ilə əlaqədar toplaşdıqları müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, onlar ərazidə xidmət aparan Nərimanov RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətiriliblər. Həmin şəxslərlə izahedici söhbətlər aparılıb.

Xüsusi karantin rejimi qaydalarını pozaraq sosial məsafəni gözləmədiklərinə görə ümumilikdə yeddi nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokollar tərtib olunub.


Tarix: 30-08-2020, 21:46 Oxunub: 151


Bölməyə aid digər xəbərlər