01:09 / 08-11-2024
FED uçot dərəcəsini endirib
00:17 / 08-11-2024
Putin Trampı təbrik etdi
00:15 / 08-11-2024
Şuşa 4 ildir ki, azaddır...
18:46 / 07-11-2024
AZCON yaradıldı
Azərbaycanda 17 yaşlı qızı qaçırdılar

Azərbaycanda 17 yaşlı qızı qaçırdılarBərdə rayonunda 17 yaşlı qızın iki dəfə ailə həyatı qurmuş şəxs tərəfindən qaçırılması məsələsi ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən araşdırma aparılıb.

GununNebzi.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Komitənin Hüquqi təminat şöbəsinin rəhbəri Taliyə İbrahimova bildirib.

Onun sözlərinə görə, yerli icra hakimiyyətlərində yaradılmış gender zorakılığı, uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu ilə dərhal əlaqə saxlanılıb:

“Monitorinq qrupunun sədri həmin ailədə olub. Eyni zamanda qızın valideynləri ilə də görüş keçirilib. Həmçinin yetkinlik yaşına çatmayan qızın öz fikirləri də öyrənilib. Məlum olub ki, 17 yaşlı qız öz istəyi ilə faktiki ailə qurub, heç bir təzyiq olmayıb.

Qaçırılma faktı təsdiqini tapmayıb. Həmin qıza öz hüquqları izah edilib və yerli icra hakimiyyətinin başçısının iştirakı ilə Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın iclası keçirilib.

Həmin iclasda yenə də tərəflər dəvət olunub, fikirləri dinlənilib, qız özü də həmin iclasda iştirak edib. Həmin iclasda valideynlərin iştirakı ilə bir daha qızın bütün hüquqları, həmçinin onun nikah yaşının azaldılması ilə bağlı müraciət hüququ ona izah edilib.

Bizdə olan məlumata görə, hazırda həmin qız tərəfindən icra hakimiyyətinin qəyyumluq, himayə orqanına nikah yaşının 1 yaş aşağı salınması ilə bağlı ərizə təqdim edilib. Həmin orqan hazırda bu məsələyə baxır”.

Şöbə müdiri deyib ki, qanunvericiliyə görə, minimal nikah yaşı 18-dir. Yalnız üzrlü səbəblər olduqda qəyyumluq, himayə orqanının icazəsi ilə nikah yaşı 1 yaş aşağı salınır:

“Qızın 17 yaşı tamam olub, 18 yaşının tam olmasına bildiyimiz qədərilə 4 ay vaxt qalıb. Hazırda yerli icra hakimiyyəti nikah yaşının aşağı salınması ilə bağlı ərizəyə baxır, hələ ki, qərar qəbul edilməyib. Yenə də dediyim kimi, ailələrə səfər olunub və həmin ailədə vəziyyət öyrənilib.

Hər hansı məcburiyyət, zorakılıq aşkar edilməyib. İcra hakimiyyətindən bizə bildirilib ki, nikah yaşının azaldılmaslı ilə bağlı məsələyə də baxılıb bizə deyiləcək.

Komissiyanın iclasında hər iki tərəf görüşdürülüb. Onların münasibətinin normallaşdırılması istiqamətində danışıqlar aparılıb. Onlar artıq faktiki ailə qurublar, qız rəsmi olaraq bildirib ki, onun öz razılığı ilə olub, məcburiyyət, zorakılıq olmayıb.

Ailə Məcəlləsinə əsasən, yetkinlik yaşına çatmayan şəxs başqa bir şəxsin himayəsində yaşayırsa, valideynləri isə bundan narazıdırsa, bu halda onlar məhkəməyə müraciət etməlidilər.

Yalnız məhkəmənin qərarı ilə əgər yetkinlik yaşına çatmayan şəxsin mənafeyinə uyğundursa, həmin şəxs himayəsində olduğu ailədən alınıb valideynlərinə qaytarıla bilər. Amma həmin valideynlər tərəfindən məhkəməyə müraciət olunmayıb.

Qız özü də valideynlərinin yanına qayıtmağa etiraz edib, bunu da onunla əsaslandırır ki, faktiki ailə qurub. Biz Komitə olaraq uşaq evliliyinin tərəfdarı deyilik, hər zaman da bunun fəsadları ilə bağlı maarifləndirmə işləri aparırıq.

Amma qanunvericilikdə müəyyən məsələlər tənzimlənir. Eyni zamanda dediyim kimi, nikah yaşının 1 yaş azaldılması məsələsi də qanunvericilikdə var.

Həmin qız da bu hüququndan istifadə edib. Valideynlər də hüquqlarından istifadə edərək qızın geri qaytarılması ilə bağlı məhkəməyə müraciət edə bilər və bu, onlara izah olunub”.


Tarix: 3-09-2020, 17:17 Oxunub: 164


Bölməyə aid digər xəbərlər