23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Şirvanda arvadını öldürən şəxsin işi məhkəməyə göndərildi

Şirvanda arvadını öldürən şəxsin işi məhkəməyə göndərildiBu il fevralın 26-da Şirvan şəhər ərazisində şəhər sakini Pərvanə Nağıyevanın qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə Şirvan şəhər prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Şirvan Rayon Prokurorluğundan verilən məlumata görə, istintaqla zərərçəkmişin əri Sahib Nağıyevin ailə-məişət münasibətləri zəminində aralarında yaranmış mübahisə zamanı Pərvanə Nağıyevanı boğması və daha sonra bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Tarix: 3-09-2020, 18:08 Oxunub: 137


Bölməyə aid digər xəbərlər