Göyçay rayonunda intihar baş verib.
GununNebzi.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Çərəkə kəndində qeydə alınıb.
Kənd sakini, 56 yaşlı Qədirova Raya Zülfüqar qızı ailə münaqişəsi zəminində qızı, 28 yaşlı Elgül Qədirova ilə aralarında baş verən dava zamanı öz üzərinə benzin tökərək bədəninə od vurub.
Qadın ağır yanıq xəsarətləri aldığı üçün Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, iki uşaq anası Elgül Qədirova rayonun Xəlitli kəndinə gəlin köçüb və bu günlərdə həyat yoldaşından boşanacağı barədə anası Raya Qədirovaya məlumat verib. Raya Qədirova qızına boşanmamağı tövsiyə edib və boşanarsa, özünü yandıracağını bildirib. Buna inanmayan Elgül həyat yoldaşından ayrılaraq uşaqları ilə birgə anasının evinə gəldiyi üçün qadın özünə qəsd edib.
Faktla bağlı Göyçay rayon Prokurorluğunda araşdırma aparılır.
Bölməyə aid digər xəbərlər