Bakının Nərimanov rayonundakı Atatürk parkında fəaliyyət göstərən restoranlardan birində yanğın başlayıb.
GununNebzi.az xəbər verir ki, iaşə obyektindəki yanğının söndürülməsi məqsədilə əraziyə yanğınsöndürmə briqadaları cəlb edilib.
***
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən (FHN) sorğumuza cavab olaraq bildirilib ki, qurumun qaynar xəttinə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən restoranda yanğın olması barədə ilkin məlumat daxil olub:
“Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir. Əlavə məlumat veriləcək”.
***
Baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Bölməyə aid digər xəbərlər