23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Sümbülə Əliyeva azadlığa buraxıldı

Sümbülə Əliyeva azadlığa buraxıldı
1 saylı Hüquq Məsləhətxanasının mənimsəmədə ittiham olunan sabiq müdiri Sümbülə Əliyevanın cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

GununNebzi.az-
ın qafqazinfo -ya istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

S.Əliyeva verilmiş ittihamla təqsirli bilinib. Lakin məhkəmə ona münasibətdə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsini tətbiq edib.

S.Əliyeva məhkəmə zalından birbaşa azadlığa buraxılıb.

Qeyd edək ki, Sümbülə Əliyeva Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib. O, əvvəl azadlıqda olsa da, məhkəmədən yayındığı üçün həbs edilib. Prokuror ona 4 il həbs cəzası tələb etmişdi.


Tarix: 8-07-2024, 12:15 Oxunub: 0


Bölməyə aid digər xəbərlər