Tanınmış gitaraçı Nofəl Süleymanlını ehtiyatsızlıqdan öldürməklə gündəmə gələn oğlu Şövqü Süleymanlı barədə bəzi məlumatlar bəlli olub.
gununnebzi.az xəbər verir ki, Ş.Süleymanlı peşəkar şəkildə güləşlə məşğul olub. O, Azərbaycan çempionatında yarışlarda müxtəlif yerlər tutub.
İdmançı 2018-ci ildə 10-cu sinifdə oxuyarkən Gürcüstanda keçirilən idmanın güləş növü üzrə 55 kq çəkidə olan idmançılar arasında Beynəlxalq turnirdə I yerə layiq görülüb.
İlkin məlumatda qeyd olunduğu kimi, Ş.Süleymanlının 15 yox, 17 yaşı var. Nofəl Süleymanlının dörd övladı var, onlardan üçü oğlandır.
Məlumata görə, Nofəl qeydiyyatda olduqları Ağcabədi rayonuna yola düşməzdən əvvəl oğluna silahı təmizləməsini, rayonda ova gedəcəklərini deyib.
Nizami rayon Prokurorluğunun yaydığı məlumata görə, 2003-cü il təvəllüdlü Şövqü Süleymanlı paytaxtın Nizami rayonu ərazisində yerləşən yaşadıqları evin mətbəxində atası Nofəl Süleymanlının adına olan “Escot” markalı 12 kalibrli ov tüfəngində olan patronları boşaldarkən ehtiyatsızlıqdan tüfəngdən açılmış atəş nəticəsində qırmalar həmin vaxt mətbəxin eyvanında olan atası Nofəl Süleymanlının kürək nahiyəsinə dəyib, sonuncu aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. (qafqazinfo)
Bölməyə aid digər xəbərlər