Bakıda 121 nömrəli tam orta məktəbdən müəllimin özünü yaşadığı binadan atması ilə bağlı məlumata münasibət bildirilib.
GununNebzi.az xəbər verir ki, məktəbdən Trend-ə verilən məlumata görə, məktəbin ibtidai sinif müəllimi İsayeva Naidə Namiq qızının 16 sentyabr tarixində özünü Nərimanov rayonu ərazisindəki yaşadığı binanın yuxarı mərtəbəsindən aşağı atdığı haqqında məlumat daxil olub:
"Təəssüflə qeyd edirik ki, hadisə nəticəsində Naidə İsayeva vəfat edib. Onu da qeyd edək ki, Naidə İsayeva həmin gün (16 sentyabr) zəng edərək özünü narahat hiss etdiyi üçün işə gələ bilməyəcəyini demişdi.
N.İsayeva məktəbdə bacarıqlı, sakit və savadlı bir müəllim kimi tanınmışdı. Hadisədən kədərləndiyimizi bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyirik.
Bizdə olan məlumata əsasən, hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır".
Bölməyə aid digər xəbərlər