Humanitar atəşkəs rejimini kobudcasına pozmaqda davam edən Ermənistan silahlı qüvvələri yenidən Gəncə şəhərini raket atəşinə tutub. Belə ki, 17 oktyabr 2020-ci il tarixində gecə saat 01:00 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə təcavüzkar tərəfindən raket zərbələri endirilib.
GununNebzi.az-ın verdiyi xəbər görə, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb, nəticədə yaşayış evlərinə düşən raketlər həmin evləri tamamilə dağıdıb, sakinlər dağıntılar altında qalıb.
Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub. Bu vaxta qədər dağıntılar altından xəsarət almış 40-dan artıq insan və 12 nəfərin cəsədi çıxarılıb.
Əməliyyat davam edir. Əlavə məlumat veriləcək.
Bölməyə aid digər xəbərlər