23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Teymur Rəcəbov Aronyanla heç-heçə oynadı

Teymur Rəcəbov Aronyanla heç-heçə oynadı“Champions Chess Tour” çərçivəsində “Opera Euro Rapid” turnirinin ilkin mərhələsi davam edir.

GununNebzi.az xəbər verir ki, mükafat fondu 100 min ABŞ dolları olan yarışın üçüncü günündə son 5 tur oynanılıb.

İlk 10 matçda uduzmayan Azərbaycan şahmatçısı Teymur Rəcəbov yenə məğlub olmayıb. 34 yaşlı qrossmeyster Din Liren (Çin), Maqnus Karlsen (Norveç), Maksim Vaşye-Laqrav (Fransa) və Uesli So (ABŞ) ilə ardıcıl 4 heç-heçə edib. Təmsilçimiz ilkin mərhələnin son görüşündə prinsipial rəqiblə üz-üzə gəlib. O, ermənistanlı Levon Aronyanla qarşılaşıb və yenə 0,5 xalla kifayətlənib.


Tarix: 9-02-2021, 08:04 Oxunub: 100


Bölməyə aid digər xəbərlər