23:06 / 06-11-2024
Netanyahu Trampa zəng etdi
23:02 / 06-11-2024
Hərbçimiz intihar etdi
19:35 / 06-11-2024
Sabah qaz olmayacaq
14:44 / 06-11-2024
Əliyev Trampı təbrik etdi
20:06 / 05-11-2024
Azərbaycana qar yağır
18:25 / 05-11-2024
Flora Kərimovaya nə olub?
Nazim Babayev İstanbulda ZİRVƏYƏ YÜKSƏLDİ

Nazim Babayev İstanbulda ZİRVƏYƏ YÜKSƏLDİAzərbaycan atletləri İstanbulda start götürən 26-cı Balkan çempionatında iştirak ediblər.

GununNebzi.az xəbər verir ki, yarışda Azərbaycan dörd idmançı ilə təmsil olunub.

Ölkəmizi üçtəkanla tullanma növündə təmsil edən Avropa çempionu Nazim Babayev yarışda bütün rəqiblərini qabaqlayaraq qızıl medal qazanıb.

Qadınlar arasında üçtəkanla tullanma növündə çıxış edən Yekaterina Sarıyeva isə bürünc medal sahibindən üç santimetr geri qalaraq dördüncü olub.

Rüstəm Məmmədov da bu növdə göstərdiyi nəticə ilə altıncı pillədə qərarlaşıb. Uzunluğa tullanmada isə mübarizə aparan idmançımız Yelena Pextireva yeddinci olub.

Komandamız çempionatda məşqçi Ziyad Xəlfəyev və Vidadi Əlisgəndərovun rəhbərliyi ilə yarışıb.


Tarix: 21-02-2021, 18:58 Oxunub: 259


Bölməyə aid digər xəbərlər