23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
FİFA Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunlarının 2021-ci ilin yayına qədər təxirə salınmasını dəstəkləyib.

FİFA Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunlarının 2021-ci ilin yayına qədər təxirə salınmasını dəstəkləyib.gununnebzi.az-ın məlumatına görə, qurum Beynəlxalq Olimpiya Komitəsinin (BOK) koronavirus pandemiyası üzündən atdığı addımla bağlı bəyanat yayıb.

FİFA bunu idmançıların sağlamlığı üçün atılmış addım kimi qəbul edib: “FİFA qəti şəkildə inanır ki, idmanla məşğul olan bütün insanların sağlamlığı və rifahı həmişə ən yüksək prioritet olmalıdır. Buna görə də biz BOK-un qərarını alqışlayırıq. BOK-un qərarına uyğun olaraq FİFA yarışların təqvimindəki dəyişiklərlə bağlı maraqlı tərəflərlə birlikdə bütün əsas məsələlərin həlli ilə məşğul olacaq”.

Qeyd edək ki, bu il iyulun 24-dən avqustun 9-dək keçirilməli olan Olimpiada 2021-ci ilin yayından gec olmayaraq baş tutmalıdır.


Gununnebzi.az


Tarix: 24-03-2020, 22:24 Oxunub: 65


Bölməyə aid digər xəbərlər