21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
00:03 / 13-11-2024
Ronaldinyo Bakıya gəldi
AVRO-2020: Xəzər İbrahim Ankarada yarışın qalibi oldu - FOTO

AVRO-2020: Xəzər İbrahim Ankarada yarışın qalibi oldu - FOTO

Ankarada futbol üzrə Avropa çempionatı öncəsi turnirin iştirakçı və təşkilatçı ölkələrinin Türkiyədəki səfirləri arasında maraqlı yarış keçirilib.

GununNebzi.az-ın məlumatına görə, Azərbaycan, İtaliya, İspaniya, Polşa, İsveçrə və İngiltərənin səfirləri penalti vurmaq bacarıqlarını nümayiş etdiriblər.

Finalda isveçrəli həmkarı Dominik Paraviçini məğlub edən Xəzər İbrahim yarışın qalibi olub.

Bununla bağlı təəssüratlarını bölüşən səfir Türkiyə millisinin AVRO-2020 çərçivəsində Bakıda 2 oyun keçirəcəyini xatırladıb: “Biz hazırda öz məmləkətimizdəyik. Burada Türkiyə millisinin forması ilə mübarizə apardım. İnşallah, bizim uşaqlar da Bakıda qələbə qazanacaqlar. Çünki “bir millət iki dövlət” şüarı yalnız siyasətdə və mədəniyyətdə deyil, futbolda da var. Türkiyə yığmasını Bakıda 2 oyun gözləyir. Mən İsveçrəni burada məğlub etdim, inanıram ki, bizim uşaqlar da Bakıda qalib gələcəklər”.

Qeyd edək ki,Türkiyə millisi Avropa çempionatında ilk oyununu iyunun 11-də Romada İtaliyaya qarşı keçirəcək. “Ay-ulduzlular” daha sonra Bakı Olimpiya Stadionunda Uelslə iyunun 16-da və İsveçrə ilə iyunun 20-də A qrupunun digər iki görüşünə çıxacaq.
AVRO-2020: Xəzər İbrahim Ankarada yarışın qalibi oldu - FOTO
AVRO-2020: Xəzər İbrahim Ankarada yarışın qalibi oldu - FOTO



“Report”

Tarix: 9-06-2021, 19:24 Oxunub: 203


Bölməyə aid digər xəbərlər