23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
UEFA video-konfransda müzakirə olunan məsələləri açıqladı

UEFA video-konfransda müzakirə olunan məsələləri açıqladıUEFA quruma üzv olan 55 milli assosiasiya nümayəndələri ilə bugünkü video-konfrans barədə məlumat yayıb.

gununnebzi.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, iclasda martın ortalarında yaradılan iki İşçi Qrupun nəzərdən keçirdiyi və təqdim etdiyi yeni variantlar müzakirə olunub.

Həm milli komandaların, həm də klub yarışlarının oyunlarını əhatə edən müxtəlif təqvim variantları təklif olunub.

Növbəti dəfə assosiasiyalara əsas çempionatları və kubok yarışlarını tamamlamaq ciddi şəkildə tövsiyə edilib. Həmçinin klubların avrokuboklarda iştirakı üçün yeni təlimatlar hazırlanandan sonra istisna hallarda liqaların ləğvi ilə bağlı məsələlərin müzakirə olunacağı bildirilib.

Sonda isə qeyd olunub ki, yuxarıdakı mövzulara dair hər hansı bir qərar aprelin 23-də UEFA İcraiyyə Komitəsinin iclasından sonra elan ediləcək.


Tarix: 21-04-2020, 18:56 Oxunub: 102


Bölməyə aid digər xəbərlər